Azərbaycanın neft-qaz sektoru "bayram günlərini yaşayır". Belə ki, bu sektora daxil olan mallar üzrə ixracın həcmi 2 dəfə artıb.
Eləcə də bax: Rövşən Nəcəf “Şahdəniz”dən hasil olunan qazın həcmini - AÇIQLAYIB
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin 1-ci rübündə Azərbaycandan ixrac olunmuş neft-qaz sektoruna daxil olan malların dəyəri 7 milyard 253 milyon 723 min dollar təşkil edib. Ötən ilin eyni dövründə 3 milyard 636 milyon 349 min dollarlıq neft-qaz sektoruna daxil olan malları idxal edilmişdi.
2021-ci ilin 1-ci rübündə xam neft ixracının dəyəri 2 milyard 664 milyon 616 min dollar ikən, 2022-ci ilin 1-ci rübündə 3 milyard 680 milyon 32 min dollar təşkil edib (1 milyard 15 milyon dollar və ya 38% artıb).
Təbii qaz ixracının dəyəri isə 4 dəfə artaraq 3 milyard 463 milyon 859 min dollar təşkil edib. Ötən ilin ilk rübündə təbii qaz ixracının dəyəri 867 milyon 67 min dollar təşkil etmişdi.
Neft və qaz sektoru malları üzrə ixrac gəlirlərinin artması dünya bazarlarında qiymətlərin kəskin yüksəlməsi ilə əlaqədardır.
Azərbaycaın 7 milyard 980 milyon 927 min dollarlıq ixracının 91%-i neft-qaz sektoruna daxil olan mallar üzrədir.
(Marja)