Azərbaycandan ötən il İsrailə 1 milyon 173 min ton neft ixrac edib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə İsrailə ixrac edilmiş neftin dəyəri isə təxminən 713,3 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 1 milyon 97 min ton (48,3%), dəyərində isə 681 milyon dollar (48,8%) azalma baş verib.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycan İsrailə 1 milyard 394,3 milyon dollar dəyərində 2 milyon 270 min ton neft ixrac etmişdi.
Ötən il ərzində İsrailə ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 1 034 manat olub ki, bu da 2023-cü ilin göstəricisinə görə 10 manat (1%) azdır.
Xam neftin ixrac olunduğu ölkələrin siyahısında İsrail 2024-cü ildə 6-cı, 2023-cü ildə isə 2-ci yerdə olub.