Azərbaycan Respublikası üzrə dəqiqləşdirilmiş çıxarıla bilən və proqnoz karbohidrogen ehtiyyatları 8,43 mlrd. ton miqdarında (neft ekvivalentində) qiymətləndirilir.
SOCAR 28-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisində uğurla təmsil olunur - FOTOLAR
FED.az bu barədə SOCAR-ın "Caspian Oil&Gas" sərgisindəki stendində nümayiş etdirdiyi məlumatlara istinadən xəbər verir.
Məlumata görə, Azərbaycan üzrə dəqiqləşdirilmiş çıxarıla bilən və proqnoz neft ehtiyyatları 2,54 mlrd. ton təşkil edir.
Qeyd olunur ki, respublika üzrə dəqiqləşdirilmiş çıxarıla bilən və proqnoz qaz ehtiyyatları 6,25 trln. kubmetr səviyyəsindədir. (Apa)