Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Bakı Enerji Həftəsində baş tərəfdaş olaraq iştirak edir.
Rövşən Nəcəf: "SOCAR neft və qaz hasilatına investisiyaları artırıb"
SOCAR-dan FED.az-a verilən məlumata görə, 31 may 2023-cü il tarixində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin rəsmi açılış mərasimi baş tutub. Sərgidə iştirak edən SOCAR-ın Apstrim, Midstrim və Daunstrim istiqamətlərində, həmçinin marketinq, satış fəaliyyəti və müxtəlif xidmətləri barədə məlumatlar təqdim olunur.
Bakı Expo Mərkəzində təşkil olunan 28-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin girişində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan sərgi nümayiş olunur.
“Yaşıl enerji” layihələrinə dair bölmədə SOCAR-ın yaşıl enerjiyə baxışı, bərpaolunan enerji mənbələri üzrə pilot layihələri, habelə 2022-ci il ərzində rekultivasiya edilmiş ərazilər, şirkətin karbon emissiyasının azaldılması istiqamətlərində gördüyü işlər barədə informasiyalar təqdim olunur.
Stenddə, həmçinin SOCAR-ın elmi-tədqiqat, rəqəmsallaşma istiqamətlərindəki fəaliyyəti, aldığı mükafatlar, nanotexnologiyalar, təlim və təhsil proqramları barədə məlumatlar öz əksini tapıb.