"SOCAR Türkiyə" neft-kimya sahəsində təxminən 7 milyard dollar həcmində nəzərdə tutulan yeni investisiyası ilə bağlı layihənin təfərrüatını açıqlayıb.
STAR NEZ-in ötən il üzrə uğurlu göstəriciləri – RƏQƏMLƏR
FED.az xəbər verir ki, bu barədə "Haber Global" süjet hazırlayıb.
Bildirilib ki, "SOCAR Türkiyə" İstanbulda birgə mətbuat konfransı təşkil edib. Tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə 17 illik fəaliyyətinə toxunulub və bu müddət ərzində 18.5 milyard dollardan çox sərmayə qoyduğu vurğulanıb.
Müəllifin sözlərinə görə, "SOCAR Türkiyə" Azərbaycanla Türkiyənin ortaq strateji hədəflərinə uyğun olaraq enerji sahəsində strateji sərmayələrinə sürətlə davam edir.
"Toplantıda Türkiyənin "Master Plan" layihəsinə dair detallar ictimaiyyətlə paylaşılıb. Layihə çərçivəsində qarşıdakı illərdə neft-kimya sahəsində 7 milyard dollarlıq sərmayə planlaşdırıldığı vurğulanıb. "SOCAR Türkiyə" Neftayırma üzrə əməkdaşlıq bölməsinin rəhbəri Kənan Mirzəyev bildirib ki, artıq detallı mühəndislik işlərinə keçilir və bunun təxminən 18-24 ay davam edəcəyi gözlənilir. Bundan sonra layihənin yekun qərar mərhələsinə başlanacaq". (Oxu.az)