2024-cü ilin sonundan etibarən STAR NEZ xamneftin emal həcmi ildə 13 milyon tona çatdırılmışdır. FED.az xəbər verir ki, 2023-cü ildə istehsal gücündən istifadə əmsalı 117,1% təşkil etmişdir. Zavod istehsal etdiyi illik nafta ilə Petkimin xammal ehtiyacı demək olar ki, tam olaraq ödənilir.
Qeyd edək ki, STAR NEZ 19 oktyabr 2018-ci il tarixində beynəlxalq mərasimlə fəaliyyətə başlayıb. Zavod emal və neft-kimya inteqrasiyasını təmin edir və Türkiyədə tək nöqtəyə edilən ən böyük real sektor investisiyasıdır. STAR NEZ, Türkiyənin ilk “Strateji İnvestisiya Təşviqi” Sertifikatına sahibdir.
STAR NEZ-də Dizel, Nafta, Aviasiya Yanacağı və LPG kimi müxtəlif neft məhsulları istehsal edilir və 2023-cü ildə Türkiyənin emal olunmuş neft məhsullarına olan ehtiyacının təxminən 18%-i qarşılanmışdır.
STAR NEZ 2021-ci ildəDünya İqtisadi Forumunun (WEF) “Global Lighthouse Network” platformasına qoşulan ilk neft emalı zavodu olmuşdur.
STAR NEZ Egey Zonası Sənaye Palatasının (EBSO) 2023-cü il üzrə 100 Ən Böyük Şirkət siyahısında birinci yerdə qərarlaşmışdır.
İstanbul Sənaye Palatası tərəfindən hazırlanan “Türkiyənin 500 Ən Böyük Sənaye Müəssisəsi” 2023 Araşdırması'nda STAR NEZ üçüncü yeri tutmuşdur.
Capital jurnalının hər il Türkiyənin ən böyük şirkətlərini açıqladığı “Capital 500” siyahısında STAR NEZ 2023-cü ildə 11-ci yerdə qərarlaşmışdır.
STAR NEZ, Türkiyənin ən yaxşı 500 şirkətinin sıralandığı prestijli “FORTUNE 500 Türkiyə 2023 Araşdırması”nda 11-ci yeri tutmuşdur.