2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycan neftinin ən çox ixrac edildiyi ölkələrin adları açıqlanıb.
FED.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.ki, 13 ölkəyə ümumilikdə 3,4 milyard dollar dəyərində 6 milyon tondan çox neft satılıb.
Ən çox neft isə İtaliyaya ixrac edlib. Bu ölkəyə satılan neftin həcmi 3,1 milyon ton, məbləği isə 1,7 milyard dollar olub.
Çexiyaya isə 304,7 dollarlıq 558,7 min ton neft satılıb.
Siyahıda yarım milyon tonla üçüncü yerdə Almaniya durur ki, bu ölkəyə satılan xam neftin məbləği 276,5 milyon manat təşkil edib.
Ən az neft isə Türkiyəyə satılıb - 24,2 min ton. Neftin dəyəri isə 12 milyon dollar təşkil edib.
İxrac olunan neft ən baha qiymətə Bolqarıstana (1034 manat) və İsveçrəyə (1021 manat), ən aşağı qiymətə isə Türkiyəyə (848 manat) satılıb.
Daha ətraflı aşağıdakı cədvəldə:
Ölkələr |
Miqdar (ton) |
Statistik dəyər (dollar) |
1 ton orta qiyməti (dollar) |
1 ton orta qiyməti (manat) |
Cami |
6 011 561 |
3 336 653 500 |
$555 |
944₼ |
İtaliya |
3 055 573 |
1 702 838 310 |
$557 |
947₼ |
Çexiya |
558 693 |
304 667 440 |
$545 |
927₼ |
Almaniya |
500 001 |
276 544 770 |
$553 |
940₼ |
Xorvatiya |
428 403 |
238 672 290 |
$557 |
947₼ |
Rununiya |
403 928 |
224 820 310 |
$557 |
946₼ |
Portuqal iya |
353 986 |
189 929 360 |
$537 |
912₼ |
irlandiya |
228 755 |
121 695 730 |
$532 |
904₼ |
Böyük Britaniya |
130 605 |
73 435 950 |
$562 |
956₼ |
İsveçrə |
89 697 |
53 857 850 |
$600 |
1,021₼ |
Yunamstan |
94 446 |
52 588 250 |
$557 |
947₼ |
Bolqanstan |
79 261 |
48 231 110 |
$609 |
1,034₼ |
Tunis |
64 193 |
37 392 930 |
$583 |
990₼ |
Türkiyə |
24 021
|
11 979 200 |
$499 |
848₼ |