Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti dəyişməyərək 25,31 ABŞ dolları qalıb.
Eləcə də bax: OPEK+ yeni sazişi - RAZILAŞDIRIB
FED.az xəbər verir ki, buna səbəb xristian aləminin qeyd etdiyi "Good Friday" bayramı ilə əlaqədar əmtəə birjalarının işləməməsidir.
Xatırladaq ki, indiyə qədər "Azeri LT CIF" neftinin minimal qiyməti aprelin 1-də (16,53 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.