Ötən həftə ərzində (21-25 dekabr) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 51,25 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 0,41 dollar və ya 0,79% azdır.
FED.az xəbər verir ki, ötən həftə ərzində ən yüksək göstərici (II gün) – 52,05 dollar təşkil edib, ən minimal göstərici (IV gün) isə 50,9 dollar səviyyəsində olub.