Ötən həftə ərzində (8-12 fevral) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 62,02 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 3,11 dollar və 5,3% çoxdur.
FED.az xəbər verir ki, ötən həftə ərzində ən yüksək göstərici (I gün) – 61,11 dollar təşkil edib, ən minimal göstərici (V gün) isə 62,77 dollar səviyyəsində olub.