Ötən həftə ərzində (16-20 noyabr) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 44,38 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 0,59 dollar və ya 1,35% çoxdur.
FED.az xəbər verir ki, ötən həftə ərzində ən yüksək göstərici (III gün) – 44,85 dollar təşkil edib, ən minimal göstərici (II gün) isə 43,49 dollar səviyyəsində olub.