Ötən həftə ərzində (26-30 oktyabr) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 39,75 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 0,47 dollar və ya 1,19% çoxdur.
FED.az xəbər verir ki, ötən həftə ərzində ən yüksək göstərici (IV gün) – 40,98 dollar təşkil edib, ən minimal göstərici (I gün) isə 37,75 dollar səviyyəsində olub.