Ötən həftə ərzində (9-13 noyanr) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 43,79 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 4,04 dollar və ya 10,2% çoxdur.
FED.az xəbər verir ki, ötən həftə ərzində ən yüksək göstərici (III gün) – 44,77 dollar təşkil edib, ən minimal göstərici (I gün) isə 42,93 dollar səviyyəsində olub.