Dünya bazarında Azərbaycan neftinin qiyməti 10 günədək davam edən ucuzlaşma prosesindən sonra yenidən artmağa başlayıb.
FED.az xəbər verir ki, martın 10-da neftin qiyməti 85,45 dollara yüksəldikdən sonra qiymətin azalması prosesi başlayıb və qiymətlər 74,75 dollaradək azalmışdı.
Martın 21-dən başlayaraq neftin qiyməti yenidən artmağa başlayıb və Azərbaycan neftinin sonuncu qiyməti 76,71 dollara yüksəlib.