Dünya bazarında Azərbaycan nefti bahalaşıb.
FED.az xəbər verir ki, ötən gün keçirilən hərraclarda neft 1,76 dollar və ya 5,6% bahalaşaraq 32,77 dollara yüksəlib.
Eləcə də bax: Neftin mənfi qiymətindən qazanan - «GİZLİ ŞİRKƏT» MƏLUM OLUB
Bu son iki aya yaxın müddətdə Azərbaycan neftinin ən yüksək qiymətidir.
Xatırladaq ki, axırıncı dəfə neftin bundan yüksək qiyməti martın 17-də 33,14 dollar olmuşdu. O vaxtadan indiyədək neftin qiyməti getdikcə azalıb, aprel ayında 13-14 dollara qədər ucuzlaşmışdı.