Ötən həftə ərzində (28 sentyabr – 2 oktyabr) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin orta qiyməti 3,2 ABŞ dolları və ya 7,62% azalıb.
Eləcə də bax: Dağlıq Qarabağdakı savaş neftin qiymətinə təsir edə bilərmi?
FED.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti həftə ərzində orta hesabla 40,29 dollara bərabər olub. Həftə ərzində ən yüksək göstərici – 42,04 dollar təşkil edib, ən minimal göstərici isə 38,84 dollar səviyyəsində olub.