Ötən həftə ərzində (6-10 aprel) dünya bazarında "Azeri Light" (CIF) markalı neft 8%-dən artıq ucuzlaşıb.
FED.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti həftə ərzində 1,98 ABŞ dolları və ya 8,2% azalaraq orta hesabla 22,28 dollara bərabər olub.
Eləcə də bax: Neft sürətlə ucuzlaşdı - ABŞ-DA 15 DOLLARA DÜŞDÜ
Həftə ərzində ən yüksək göstərici – 25,31 dollar təşkil edib, ən minimal göstərici isə 20,26 dollara bərabər olub.