Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti yenidən bahalaşıb.
FED.az xəbər verir ki, Azərbaycan neftinin qiyməti 0,21 dollar və ya 0,23% artaraq 91,4 dollara yüksəlib.
Bu büdcədə nəzərdə tutulan qiymətdən 31 dollar artıqdır.
Qeyd edək ki, 2023-cü ilin dövlət büdcəsində “Azeri Light” markalı neftin bir barelinin qiyməti 60 dollardan götürülüb.