Dünya bazarlarında Azərbaycan neftinin qiyməti bir qədər də artıb.
FED.az xəbər verir ki, yanvarın 13-də London birjasında keçirilən hərracların nəticəsi olaraq Azeri Light nefti 91,26 dollar yüksəlib.
Bu bir gün əvvəlki qiymət (90,63 dollar) ilə müqayisədə 0,63 dolar və ya 0,7% artıqdır.
Xatırladaq ki, Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsində neftin 1 barelinin qiyməti 50 dollar nəzərdə tutulub.