Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 90 dollara yaxınlaşıb.
Dövlət Neft Şirkətindən FED.az-a verilən məlumata görə, yanvarın 14-də keçirilən hərraclarda neft 1 dollar və ya 1,1% bahalaşaraq 89,12 dollar olub.
Qeyd edək ki, 2021-ci ilin sonunda Azərbaycan neftinin qiyməti 82,13 dollar olmuşdu. 2022-ci ilə isə neft 80,55 dolarla başlayıb. Qısa müddətdə 89 dolları keçib.
Xatırladaq ki, 2022-ci ilin dövlət büdcəsində neftin qiyməti 50 dollar nəzərdə tutulub. Başqa sözlə, hazırda neftin qiyməti büdcədəki həddən təqribən 40 dollar yüksəkdir.