ABŞ və İsrailin İrana hücumu və ondan sonra başlayan müharibə səbəbindən bahalaşmış neft qiymətləri sürətlə ucuzlaşmaqdadır.
Birinci rübdə Azərbaycan nefti 79,5 dollara, qazı 268 dollara satılıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, münaqişənin həlli ilə bağlı aparılan davamlı müzakirələr, xüsusilə də Hörmüz boğazının fəaliyyətinin artıq bərpa edilməsi nəticəsində bu dəhlizdən keçən neft həcmləri münaqişədən əvvəlki səviyyəyə çatır.
Bazarda davam edən arxayınlıq isə neftin qiymətlərinin aşağı düşməsinə səbəb olur, bu özünü Azərbaycan neftinin qiymətində də göstərir. Azərbaycanın xarici bazarlara çıxardığı Azeri Light markalı neft iyulun 1-də daha 3 dollar ucuzlaşaraq iyunun 30-dakı 75,34 dollardan iyulun 1-də 72,46 dolara enib.
Ümumiyyətlə, silahlı münaqişənin başa çatması nəticəsində son 1 ay ərzində Azərbaycan neftinin qiyməti 32 dollar ucuzlaşıb. Belə ki, iyun ayının 1-də Azərbaycan neftinin satış qiyməti 104,58 dollar idi.
Xatırladaq ki, 2026-cı ilin dövlət büdcəsində neftin qiyməti 65 dollardan götürülüb. Münaqişə nəticəsində neftin bahalaşması ilə mart-aprel aylarında qiymətlər büdcədəki həddi 30-35 dollar, bəzən hətta 40-45 dollar üstələsə də, hazırda bu fərq 7 dollara enib.














