2022-ci ilin ilk 9 ayında Azərbaycanda istehsal edilən mühərrik yağlarının həcmi kəskin artıb.
Eləcə də bax: Azərbaycana idxal olunan 24 tondan artıq mühərrik yağı “saxta” çıxdı – FOTOLAR
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi bildirir.
Bildirilir ki, hesabat müddəti ərzində Azərbaycanda 11.56 min tonluq mühərrik yağları istehsal edilib.
Bu, 2021-ci ilin ilk 9 ayında 4.1 min ton olduğunu nəzərə alsaq, bu illik bu məhsul istehsalının 3 dəfəyə yaxın artması deməkdir.
Hesabat müddəti ərzində ölkə ərazisində istehsal edilmiş hidravlik yağların həcmi isə 1.94 min ton təşkil edib, bu 2021-ci ildə 1.5 min ton idi.