Azərbaycan 1994-cü ildən bəri ilk dəfə BP şirkətini ölkədəki layihələr çərçivəsində hasilatı azaltmağa çağırıb. Əsas məqsəd "OPEC+" razılaşması çərçivəsində Azərbaycanın neft hasilatını azaltmasına dair üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdir.
Eləcə də bax: Bu şirkət mayın 1-ni gözləmədən neft hasilatını - AZALTMAĞA BAŞLAYIB
FED.az xəbər verir ki, bu barədə "Reuters" Azərbaycandakı yüksək vəzifəli mənbəyə istinadən xəbər verilir.
Qeyd edilir ki, "OPEC+" ölkələrində iri neft şirkətləri ümumiyyətlə hökumət tərəfindən olunan hasilat azalmalarından kənar qalırdı.
Dünya neft bazarında balansın yaradılması və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə Azərbaycan da üzərinə yeni öhdəliklər götürüb. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan yeni Razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barel azaltmalı olacaq. Bu müddət ərzində (may-iyun) Azərbaycan gündəlik xam neft hasilatını 554 min barel həcmində saxlamalıdır.
Apa