Rusiya Prezidenti Vladimir Putin, qiyməti ilin əvvəlindən 840%, son iki gündə isə 60% artdığı Avropaya qaz tədarükünü artırmağı tapşırıb. Qeyd edək ki, dünən Avropada təbi qazın min kubmetrinin qiyməti 2000 dollara yaxınlaşmışdı.
FED.az xəbər verir ki, Putin çərşənbə günü enerjinin inkişafı mövzusunda keçirilən iclasda deyib: "Bu cür spekulyativ həyəcana ehtiyacımız yoxdur, çünki bildiyiniz kimi, bu həyəcanın arxasında digər xoşagəlməz hadisələr baş verir. Gəlin bazarda təklif artımını düşünək".
Putin bunu "diqqətlə" və "Qazpromla danışaraq" edilməli olduğunu söyləyib. (Marja)