2022-ci ildə Azərbaycanın Avropanın qaz bazarında payı artaraq 2021-ci ildəki 4,9 faizdən 6,9 faizə çatıb.
SOCAR 4 ölkənin qaz ötürücü şəbəkə operatorları ilə memorandum imzalayıb - YENİLƏNİB
FED.az bu barədə Dünya Bankının hesabatına istinadən xəbər verir.
Aşağıdakı cədvəldə Avropaya qaz tədarükçülərinin payında dəyişikliyin dinamikası əks olunub:
Ölkə |
2021-ci ildə payı |
2022-ci ildə payı |
ABŞ |
8 |
17,4 |
Rusiya |
34,1 |
19,5 |
Əlcəzair |
20,2 |
18,5 |
Qatar |
6,8 |
7,4 |
Norveç |
9 |
12,5 |
Azərbaycan |
4,9 |
6,9 |
Digər ölkələr |
23,7 |
25,3 |
Qeyd edək ki, Azərbaycan Avropaya qaz tədarükünə 31 dekabr 2020-ci ildə başlayıb. Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik qaz kəməri (TAP) vasitəsilə kommersiya istismarı başlaqıdan sonra ümumilikdə 22 milyard kubmetr qaz nəql olunub. Bu il Azərbaycan Avropaya 12 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.
Son məlumatlara əsasən, 2023-cü ilin birinci rübündə Azərbaycanda qaz hasilatı 3 faiz artaraq 12,2 milyard kubmetrə çatıb. Ölkə təbii qazın yarıdan çoxunu və ya 6,5 milyard kubmetrini xarici bazara ixrac edib. (Trend)