Avropa İttifaqı ölkələrində elektrik enerjisi və qazın qiyməti yeni rekordlar vurub.
FED.az xəbər verir ki, bazarında elektrik enerjisinin qiyməti 23 avqust tarixində çatdırma şərti ilə bir MVt/saat üçün 600 avronu keçib.
«Nord Pool» elektrik enerjisi birjasının məlumatlarına görə, bu gün Danimarkada enerjinin qiyməti 1 MVtsaat üçün 605,13 avroya, Avstriyada 615,75 avroya, Belçikada - 603,38 avroya, Almaniyada - 605,13 avroya, Fransada - 611,85 avroya, Niderlandda isə 603,55 avroya çatıb.
Bununla yanaşı, Finlandiyada da enerjinin qiyməti rekord vuraraq 1 1 MVtsaat üçün 494,98 avroya yüksəlib.
Enerjinin qiymətinin artmaasına səbəb – Avropada qazın bahalaşmasıdır. Belə ki, bu gün – avqustun 22-də Avropada qazın qiyməti rekord həddə bahalaşaraq 1 kubmetr üçün 3 min dolları keçib ki, bu da 2022-ci ilin martından bəri ən yüksək qiymətdir.
Ümumiyyətlə son bir neçə gündən qazın qiyməti 19% artıb, belə bahalaşmanın səbəbi Rusiyanın «Qazprom» şirkətinin «Şimal Kəməri» vasitəsilə qaz nəqlinin müvəqqəti dayandırılacağı barədə açıqlamasıdır.
Rusiya şirkəti elan edib ki, kəmərlə qazın nəqli texniki qulluq səbəbindən avqustun 31-dən sentyabrın 2-dək dayandırılacaq.
Qeyd edək ki, bir qədər əvvəl «Qazprom» elan etmişdi ki, qışda, Avropada qazın qiyməti 4 min dollaradək bahalaşa bilər.