Dünya Bankı (DB) 2023-cü ilin birinci rübü üzrə Avropa və ABŞ-da təbii qazın orta satış qiymətini açıqlayıb.
Azərbaycan qaz hasilatını və xaricə satışını - ARTIRIB
FED.az xəbər verir ki, bu barədə Dünya Bankının əmtəə qiymətləri ilə bağlı hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, 2023-cü ilin birinci rübündə Avropada qazın qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi, 26,8 kubmetrə bərabərdir ) görə 16,84 ABŞ dolları təşkil edəcək, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,79 dollar və ya 48,4% azdır.
Hesabatda qeyd edilir ki, ABŞ-da təbii qazın orta qiyməti 1 mln. BTU üçün 2023-cü il birinci rübündə 2,65 dollar təşkil edib, bu da illik müqayisədə 1,97 dollar və ya 42,6% azdır. (Apa)