SOCAR-ın Türkiyədəki “Petkim” neft-kimya kompleksi ilə “Star” neft emalı zavodunun inteqrasiyası 2-3 il ərzində baş verə bilər.
Eləcə də bax: “Petkim” yenidən Türkiyənin Egey bölgəsinin - İxracat Lideri Oldu
FED.az xəbər verir ki, bu barədə “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) Emal və Neft-Kimya bölməsinin rəhbəri, “Petkim”in baş direktoru Anar Məmmədov deyib.
O bildirib ki, “Petkim”in “Star”ın səhmləri alması ilə bağlı planlarda hər hansı dəyişiklik olmayıb: “COVID-19 müddətində kompleksin tutumunda azalma olmayıb. 2020-ci ildə istehsal baxımından 2019-cu ilin rəqəmlərindən uzaqda deyilik, balansla bağlı gözləntilər mənfi deyil. Epidemiya dövründə neft qiymətlərinin artmasının qısa müddətdə mənfi təsirləri oldu. Bu il ixracı azaltmışıq və əsas diqqəti daxili bazara yöləntmişik. “Petkim”in Türkiyədəki bazar payı hazırda 18 faizdir. Ölkənin tələbatını ödəmək üçün “Petkim” kimi 5 kompleksə ehtiyac var. Eynilə, neftayırma sahəsi üzrə də bəzi məhsullarda kəsir var. “Star” zavodunun isifadəyə verilməsinə baxmayaraq, ölkənin dizel yacacağı bazarında kəsir mövcuddur. Türkiyə ildə 3-4 milyon ton dizel yanacağı idxal edir. Cari kəsiri azaltmaq və yerli istehsalı artırmaq üçün yeni investisiyaları dəstəkləyirik”. (Azərtac)