Energetika

“Petkim” yenidən Türkiyənin Egey bölgəsinin - İxracat Lideri Oldu

“Petkim” yenidən Türkiyənin Egey bölgəsinin - İxracat Lideri Oldu | FED.az
16:24 25 Yan 2021

Pandemiya dövründə yerli istehsalçıların xammala olan tələbatını ödəmək üçün diqqətini daxili bazara yönəldən “Petkim” ixrac sahəsində uğurlarını davam etdirib.

Eləcə də bax: Anar Məmmədov: “Petkim”in istehsal etdiyi məhsullara tələbat artıb"

Bu barədə FED.az-a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Bildirilib ki, Türkiyənin ən böyük birbaşa xarici investoru olan “SOCAR Türkiyə”nin “Petkim” neft-kimya holdinqi 2020-ci ildə də kimya sektorunun ixracat lideri olub. Egey İxracatçı Assosiasiyası (EİA) tərəfindən təşkil olunan və ənənəyə çevrilmiş “İxracatın Ulduzları” Mükafatının Təqdimolunma Mərasimi pandemiyaya görə bu il keçirilməsə də, Petkim kimya sektorunda birinci, bütün sektorlar kateqoriyasında isə ikinci yerə layiq görülüb.

“İxracatda güclü mövqeyimizi qoruyub saxladıq”

Türkiyənin ilk və yeganə inteqrasiyalı neft-kimya kompleksi olan “Petkim”in pandemiya müddətində yerli istehsalçıların ehtiyaclarına xüsusi diqqət yetirdiyini bildirən SOCAR Türkiyə Emal və Neft-Kimya bölməsinin rəhbəri, “Petkim”in Baş direktoru Anar Məmmədov deyib ki, qlobal tədarük zəncirində qırılmaların baş verdiyi bu dövrdə istehsal prosesinin fasiləsizliyini təmin edərək daxili bazarın xammal tələbatını qarşılamaq bizim üçün prioritet idi: “Bu dövrdə, pandemiyanın təsiri ilə neft qiymətləri rekord səviyyədə azalarkən neft-kimya məhsullarının qiyməti də düşdü. Bütün bu proseslərə baxmayaraq biz güclü möqeyimizi qoruyub saxladıq və Petkim, əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də kimya sektorunda yenə Egey bölgəsinin ixracat lideri oldu. Bu çətin dövrdə yüksək əmək qabiliyyəti nümayiş etdirdiklərinə görə bütün həmkarlarıma bir daha təşəkkür edirəm.”

STAR NEZ ilə inteqrasiya müsbət təsir göstərdi

Egey İxracatçı Assosiasiyasının elan etdiyi “2020-ci il Egey Bölgəsi İxracatın Ulduzları” siyahısında kimya sektorunda birinci, bütün sektorlar kateqoriyasında isə ikinci olan “Petkim” hesabat dövründə 363 milyon dollarlıq ixrac əməliyyatı həyata keçirib. STAR NEZ ilə inteqrasiyanın yaratdığı sinerji ilə ölkə sənayesinin dayanıqlılığı üçün istehsalı davam etdirən “Petkim” bu dövrdə Türkiyə üçün çox mühüm və strateji əhəmiyyət daşıyan tibbi ləvazimatlar və qablaşdırma xammalı istehsalındakı çəkisini artırdı. Petkim pandemiya və qlobal şərtlərin təsiri ilə məhsulların qiymətində baş verən enmələrə baxmayaraq 2020-ci ilin üçüncü rübündə gəlirini keçən ilin müvafiq dövrü ilə müqayisədə 36% artıraraq 311 milyon TL-yə çatdırmağa nail olub.

Banner
Banner

Digər xəbərlər