Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov bu gün keçirilən və faiz dəhlizinin parametrlərinə dair qəbul edilmiş qərarın açıqlanmasına həsr olunmuş mətbuat konfransında neft və qaz qiymətlərinə dair proqnozları da açıqlayıb.
"Neft əyləci" basılır: Gələn il büdcədə neftin qiyməti 65 dollara endirilir
FED.az xəbər verir ki, sədrin sözlərinə görə 2026-cı il üçün dünya bazarlarında neftin 1 barelinin orta qiymətinin 64 ABŞ dolları olacağı proqnozlaşdırılır. 2026-ci ildə isə təbii qazın 1 000 kubmetrinin orta qiymətinin 288 ABŞ dolları səviyyəsində olacağı gözlənilir.
Taleh Kazımov bildirib ki, son illər qlobal iqtisadi mühitdə qeyri-müəyyənliklər artıb və bu, qiymətli metallar bazarına da təsirsiz ötüşməyib. Onun sözlərinə görə, bu amillər nəticəsində qızılın qiymətində artım tendensiyası müşahidə olunur və Mərkəzi Bankın proqnozlarına əsasən bu artım davam edəcək.
“Mərkəzi Bankın baxışı ondan ibarətdir ki, qızılın qiymət artımı gələcək dövrdə də davam edəcək,” – deyə Taleh Kazımov tədbirdə qeyd edib.