Ekspertlər Avropa İttifaqının qaz böhranı ilə əlaqədar xərclərinin 1 trln. avronu aşdığını bildiriblər.
Eləcə də bax: Azərbaycan qazının effekti: Bolqarıstanda qaz qiymətləri 30 faizdən çox - UCUZLAŞIB
FED.az xəbər verir ki, bu barədə məlumatı “Yakov i partnyorı”(keçmiş McKinsey şirkətinin Rusiya şöbəsi) konsaltinq agentliyi verib.
Agentlik həmçinin, Avropa İttifaqının enerji böhranı və enerji daşıyıcılarının qiymətinin artması ilə əlaqədar xərclərinin 2023-cü ildə 1-1,6 trln. dollar təşkil edəcəyini proqnozlaşdırıb.
Qeyd edək ki, bu gün Avropa İttifaqı ölkələri Rusiyaya qarşı 8-ci sanksiya paketi barədə razılığa gəliblər və sənədin sabah, 6 oktyabrda təsdiqlənməsi gözlənilir. (Apa)