Dünən günün ikinci yarısından başlayaraq Azərbaycanın şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti höküm sürür.
FED.az xəbər verir ki, Oğuz, Şəki, Qax və Zaqatala rayonlarına fasilələrlə yağış yağıb.
Axşam saatlarına yaxın Qax rayonu Qıpçaq kənd inzibati ərazi dairəsinə aid Qazmalar, Oncallı, Baydarlı və Tanqıt kəndlərinin ərazilərinə təqribən 7-8 dəqiqə ərzində dolu düşüb. Dolu nəticəsində çiçəkləmə fazasında olan meyvə ağaclarına ziyan dəyib. (Apa)