Cənub zonasına 18 sm qar yağıb.
FED.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.
Belə ki, Cənub Regional Hidrometeorologiya Mərkəzi tərəfindən 1 aprel 08:00-a olan faktiki hava haqqında məlumata əsasən yağıntının miqdarı 6,3 mm, təşkil edib.
Qar örtüyünün orta hündürlüyü 18 sm-dir.
Faktiki hava şəraiti yağmursuzdur.