Avqustun 28-də yeni yaradılmış AİH-in İdarə Heyətinin ilk iclası keçirilib.
FED.az İclasda Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanından və Müşahidə Şurasının qəbul etdiyi qərarlardan irəli gələn vəzifə və tapşırıqların icrası müzakirə olunub.
İclasda, həmçinin Holdinqin fəaliyyətə başlaması ilə əlaqədar bir sıra təşkilati-inzibati məsələlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.