Azərbaycanın dövlət büdcəsi yanvar ayını profisitlə başa vurub. FED.az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən 2018-ci ilin yanvar ayında dövlət büdcəsinin gəlirləri 1393,1 milyon manat, xərcləri 976,5 milyon manat təşkil edib. Büdcənin icrasında 416,6 milyon manatlıq və ya ümumi daxili məhsulun 6,9 faizi qədər profisit yaranıb.
Yanvarda büdcədə artıq pul qalıb
21:00
15 Fev 2018