ABŞ prezidenti Donald Tramp İranla danışıqlar üçün şərtlərini açıqlayıb.
FED.az xəbər verir ki, bu barədə Çinin CGTN telekanalı məlumat yayıb. Bildirilir ki, ABŞ prezidenti Yaponiyaya səfəri çərçivəsində imperator Sindzo Abe ilə görüşündən sonra bu barədə danışıb və deyib ki, əgər İran ABŞ-la danışıqlara başlamaq istəsə, o, bu təklifə müsbət cavab verəcək: “Heç kəs dəhşətli hadisələrin baş verməsini istəmir”.
Qeyd edək ki, Yaponiya imperatoru S.Abe iyunun 12-14-də İrana səfər edə bilər. Yaponiya hökumət başçısının İrana son səfəri 1978-ci ildə həyata keçirilib.
Eləcə də bax: «Avropa İttifaqı istəyir ki, Azərbaycan yerli şirkətlərə dəstəyi azaltsın» - AÇIQLAMA