Yanvarın 28-də Baş naziri Əli Əsədovun rəhbərliyi ilə respublikanın qaz təsərrüfatında mövcud problemlərə, o cümlədən qazdan səmərəli və təhlükəsiz istifadə qaydalarına həsr olunmuş videoformatda iclas keçirilib.
FED.az xəbər verir ki, iclasda mövcud problemlərin həlli istiqamətində müzakirələr aparılıb, müvafiq tapşırıqlar verilib.
İclasda Baş Prokurorluğunun, Energetika, Fövqəladə Hallar, Ədliyyə, Maliyyə, İqtisadiyyat nazirliklərinin, həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, SOCAR-ın və “Azəriqaz” İB-nin rəhbərliyi iştirak edib.