Mayın 10-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
FED.az məlumat verir ki, prezidentin mətbuat xidmətinini xəbərinə görə, telefon söhbəti zamanı dövlət başçıları Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə bir-birini səmimi təbrik edərək vurğulayıblar ki, hər iki ölkədə xilaskar döyüşçülərin şücaəti haqqında xatirə müqəddəs tutulur, misilsiz qəhrəmanlıq və fədakarlıq göstərmiş veteranlara dərin minnətdarlıq bildirilir.
Hər iki tərəfin Rusiya-Azərbaycan hərtərəfli qarşılıqlı fəaliyyətinin daha da genişləndirilməsi əzmində olduğu təsdiqlənib.
Söhbət zamanı dövlət başçıları müxtəlif səviyyəli təmasların bundan sonra da davam etdiriləcəyini vurğulayıblar.