Azərbaycanda bu gün, fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində namizədlərin seçki prosesinə nə qədər vəsait sərf etdiyi açıqlanıb.
FED.az xatırladır ki, bu gün başa çatan seçkilərdə 7 namizəd iştirk edib. Bunlar
-Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;
- Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;
- Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;
- Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;
- Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;
- Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;
- Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyevdir.
Seçki prosesinə namizədlərin xərclədiyi vəsaitlərin məbləği kəskin fərqlənir.
Hələlik seçkiyə sərf edilən vəsaitlərin yekun məbləği dəqiqləşməyib, amma FED.az xəbər verir ki, yanvarın 22-25-nə olan vəziyyətə, namizədlərin bu məqsədlə ayırdığı və sərf etdiyi vəsaitlər məlumdur.
Beləliklə, namizədlərin seçki büdcələri (22-25 yanvara olan vəziyyət)
İlham Əliyev – 720 min manat
Hazırki dövlət başçısı İlham Əliyevin seçki kampaniyasının maliyyələşdirilməsi məsədilə Azərbaycan Beynəlxalq Bankındakı (ABB) xüsusi seçki hesabına 720 min manat toplanıb.
FED.az xəbər verir ki, bu məbləğin 170 min manatf fiziki şəxslərin ianəsidir, İlham Əliyevin seçki kampaniyasını maliyyələşdirmək üçün hüquqi şəxslərin ianəsi 300 min manat təşkil edib. Daha 250 min manatı isə Prezidentliyə namizədləri irəli sürmüş siyası partiyalarrn və siyasi vesaitidir. Namizədin özü və ailəsi seçki kampaniyası üçün vəsait ayırmayıb.
Yanvarın 25-ə olan məlumata görə, bu vəsaitin 482 min manatı xərclənib. Bu vəsaitlər seçkiqabağı təbliğatla bağlı tədbirlərin, habelə informasiya və məşvərət xidmətlərinin dəyərinin ödənilməsinə sərf edilib. Yəni yanvarın 25-də namizədin bankdakı seçki hesabında 238 min manat vəsait qalmışdı.
Fazil Qəzənfəroğlu – 61 400 manat
Prezidentliyə namizəd Fazil Qəzənfəroğlunun seçki kampaniyasının maliyyələşdirilməsi məsədilə xüsusi seçki hesabına 61 400 manat toplanıb.
FED.az xəbər verir ki, bu məbləğin 11 min manatı prezidentliyə namizədin öz vəsaitləri, 400 manat fiziki şəxslərin könüllü vəsitləri, 50 min manatı isə Prezidentliyə namizədləri irəli sürmüş siyası partiyalarrn və siyasi vesaitidir. F.Qəzənfəroğlunun seçki kampaniyasına hüquqi şəxslərin ianəsi qeydə alınmayıb.
Yanvarın 25-ə olan məlumata görə, bu məbləğin 59 800 manatı artıq xərclənmişdi. Vəsaitlərin 8 min manatı seçici imzalarının toplanmasına və müxtəlif texniki-təşkilati işlərə sərf edilib. Daha 38 200 manat isə seçkiqabağı təbliğatla bağlı tədbirlərin, habelə informasiya və məşvərət xidmətlərinin dəyərinin ödənilməsinə sərf edilib. 13 600 manat isə hüquqi şəxslərin və vətəndaşların biloavasitə yerinə yetirdikləri digər işlərin dəyərinin ödənilməsinə sərf edilib.
Yəni yanvarın 25-də namizədin seçki kampaniyası üçün ayrılan 2600 manat qalmışdı.
Zahid Oruc – 43 000 manat
Prezidentliyə namizəd Zahid Orucun seçki kampaniyasının maliyyələşdirilməsi məsədilə xüsusi seçki hesabına cəmi 43000 manat toplanıb.
FED.az xəbər verir ki, bu məbləğ namizədin öz vəsaiti hesabına toplanıb. Z.Orucun seçki kampaniyasına fiziki və hüquqi şəxslərin könüllü ianəsi ayrılmayıb.
Yanvarın 23-ə olan məlumata görə, bu məbləğ bütünlüklə xərclənmişdi. Vəsaitlərin 8 min manatı seçici imzalarının toplanmasına və müxtəlif texniki-təşkilati işlərə sərf edilib. Daha 35 000 manat isə seçkiqabağı təbliğatla bağlı tədbirlərin, habelə informasiya və məşvərət xidmətlərinin dəyərinin ödənilməsinə sərf edilib.
Yəni yanvarın 23-də namizədin seçki kampaniyası üçün ayrılan vəsait tamamilə sərf edilmişdi.
Qüdrət Həsənquliyev – 30 min manat
Prezidentliyə namizəd Qüdrət Həsənquliyevin budəfəki seçki büdcəsi 30 min manat təşkil edib (yanvarın 22-nə olan məlumat).
FED.az xəbər verir ki, bu məbləğin 10 min manatını namizədin şəxsi vəsitləri, 20 min manatını isə fiziki şəxslərin ianələri təşkil edib. Q.Həsənquliyevin seçki kampaniyasına hüquqi şəxslərin ianəsi qeydə alınmayıb.
Bu vəsaitin hamısı artıq yanvarın 22-də xərclənib. Vəsaitlərin 15 min manatı seçici imzalarının toplanmasına və müxtəlif texniki-təşkilati işlərə sərf edilib. Daha 15 min manat isə seçkiqabağı təbliğatla bağlı tədbirlərin, habelə informasiya və məşvərət xidmətlərinin dəyərinin ödənilməsinə sərf edilib. Yəni yanvarın 22-də, seçkilərə hələ 2 həftə qalmış namizədin seçki kampaniyası üçün ayrılan vəsitlərin hamısı xərclənib.
Elşad Musayev – 5500 manat
Prezidentliyə namizəd Elşad Musayevin seçki kampaniyasının maliyyələşdirilməsi məsədilə xüsusi seçki hesabına 5500 manat toplanıb.
FED.az xəbər verir ki, bu məbləğ fiziki şəxslərin könüllü ianəsi hesabına toplanıb. E.Musayevin seçki kampaniyasına öz vəsaitləri və hüquqi şəxslərin ianəsi ayrılmayıb.
Yanvarın 23-ə olan məlumata görə, bu məbləğin 4428 manatı xərclənmişdi. Vəsaitlər seçkiqabağı təbliğatla bağlı tədbirlərin, habelə informasiya və məşvərət xidmətlərinin dəyərinin ödənilməsinə sərf edilib.
Yəni yanvarın 23-də namizədin seçki kampaniyası üçün ayrılan vəsaitdən hələ 1058 manat qalmışdı.
Razi Nurullayev – 3000 manat
Prezidentliyə namizəd Razi Nurullayevin seçki kampaniyasının maliyyələşdirilməsi məsədilə xüsusi seçki hesabına cəmi 3000 manat toplanıb.
FED.az xəbər verir ki, bu məbləğ fiziki şəxslərin könüllü ianəsi hesabına toplanıb. R.Nurullayevin seçki kampaniyasına öz vəsaitləri və hüquqi şəxslərin ianəsi ayrılmayıb.
Yanvarın 23-ə olan məlumata görə, bu məbləğ bütünlüklə xərclənmişdi. Vəsaitlər seçkiqabağı təbliğatla bağlı tədbirlərin, habelə informasiya və məşvərət xidmətlərinin dəyərinin ödənilməsinə sərf edilib.
Yəni yanvarın 23-də namizədin seçki kampaniyası üçün ayrılan vəsait tamamilə sərf edilmişdi.
Fuad Əliyev – 2500 manat
Prezidentliyə namizəd Fuad Əliyevin seçki kampaniyasının maliyyələşdirilməsi məsədilə xüsusi seçki hesabına 2500 manat toplanıb.
FED.az xəbər verir ki, bu məbləğ prezidentliyə namizədin öz vəsaitləridir. F.Əliyevin seçki kampaniyasına hüquqi və fiziki şəxslərin ianəsi qeydə alınmayıb.
Yanvarın 22-ə olan məlumata görə, bu məbləğin hamısı artıq xərclənmişdi. Vəsaitlər seçkiqabağı təbliğatla bağlı tədbirlərin, habelə informasiya və məşvərət xidmətlərinin dəyərinin ödənilməsinə sərf edilib.
Yəni yanvarın 22-də namizədin seçki kampaniyası üçün ayrılan vəsait tamamilə sərf edilib.