Prezident İlham Əliyev “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.
FED.az xəbər verir ki, qanuna əsasən, sığorta ödənişi avtomatlaşdırılmış qaydada təyin olunacaq.
Sığorta ödənişinin avtomatlaşdırılmış qaydada təyin edilməsi üçün tələb olunan sənədlər (məlumatlar) tam olmadıqda isə həmin sənədlərin (məlumatların) təqdim olunmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə sığortaolunanın elektron ünvanına və mobil telefonuna (olduğu halda) bildiriş göndəriləcək. "apa"