Prezident İlham Iliyev Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında Qanunu təsdiqləyib.
FED.az xəbər veri ki, qanuna əsasən, 2021-ci il dövlət büdcəsinin gəlirləri 25 milyard 427 milyon manat, xərcləri 28 milyard 543 milyon manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 24 milyard 621 milyon 550 min manat, yerli gəlirləri 805 milyon 450 min manat, mərkəzləşdirilmiş xərcləri 27 milyard 683 milyon 368 min manat, yerli xərcləri 859 milyon 632 min manat) məbləğində təsdiq edilib.