Ermənistan kütləvi informasiya vasitələrində məqsədyönlü və təxribat məqsədilə yayılan video bir neçə gün əvvəl Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngəzur istiqamətində Laçın rayonu sahəsində qeydə alınıb.
FED.az xəbər verir ki, sosial şəbəkələrdə erməni tərəfinin yaydığı video ilə bağlı etibarlı hərbi mənbələrdən "Qafqazinfo"ya bildirilib ki, sözügedən hadisədən dərhal sonra Ordumuzun bölmələrinin gördüyü adekvat və qəti tədbirlər nəticəsində düşmən həmin ərazidən çıxarılıb:
"Eyni zamanda hərbi qulluqçularımız daha əlverişli ərazilərdəki bir neçə mövqedə də möhkəmlənərək ərazini nəzarətə götürüb".
Qeyd edək ki, ermənilər tərəfindən məqsədyönlü və təxribat məqsədilə yayılan görüntülərdə əsgərimizlə qarşıdurma yer alıb.
Ordumuzun hazırda nəzarət etdiyi ərazidən video: