Milli Məclisin İntizam komissiyasının iclasının vaxtı məlum olub.
Eləcə də bax: Baş Prokuror deputatın toxunulmazlığına xitam verilməsi üçün - Təqdimat Verdi
FED.az xəbər verir ki, komissiyanın toplantısı avqustun 2-də keçiriləcək.
İclasda Baş prokuror Kamran Əliyevin polis əməkdaşını döyən deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün Milli Məclisə göndərdiyi təqdimata baxılacaq.
İntizam komissiyası təqdimata baxaraq Milli Məclisin deputatının toxunulmazlığına xitam verilib-verilməməsi barədə rəy qəbul edəcək. (Report)