Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə dəyişiklik edilib.
Azərbaycan Türkiyə ilə Kahramanmaraşda bir sıra obyektlərin tikilməsi ilə bağlı saziş imzalayıb
FED.az xəbər verir ki, toplantının gündəliyinə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi barədə qanun layihəsi əlavə olunub.
Bununla da parlamentin iclasının gündəliyindəki məsələlərin sayı 16-ya çatıb.