Dövlət

Millət vəkili krediti olanlara 3 ay möhlət verilməsini - TƏKLİF EDİB

Millət vəkili krediti olanlara 3 ay möhlət verilməsini - TƏKLİF EDİB | FED.az
13:13 30 Mart 2020

“Kommersiya banklarından kredit götürən sahibkarlara və vətəndaşlara 3 ay möhlət verilməsi məqsəduyğun olardı”.

Eləcə də bax: MM-də kommunal xərclərin sıfırlanması və kreditlərin dondurulması - TƏKLİF OLUNUB

FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Vüqar Bayramov deyib.

V. Bayramov bildirib ki, bununla bağlı dünya təcrübəsində nümunələr var: “3 ay müddətində kreditlərin gecikməsinə görə faiz və cərimələrin yazılmamasını təklif edirəm”.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Apa

Digər xəbərlər

Banner