Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi dəyişib.
FED.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, Komissiyanın üzvləri sırasına aşağıdakı bəndlər əlavə edilib:
- Azərbaycan xarici işlər nazirinin müavini
- Azərbaycan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
- Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini - Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini.