Azərbaycanda Maliyyə Nazirliyinə yeni elektron xidmətlərin göstərilməsi həvalə edilib.
FED.az xəbər verir ki, Nazirlər Kabineti bununla əlaqədar “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.
Bu dəyişikliyə əsasən, Maliyyə Nazirliyi “Bələdiyyələr tərəfindən təqdim edilən rüblük maliyyə məlumatlarının qəbulu”, “Kommersiya təşkilatları və publik hüquqi şəxslər tərəfindən təqdim edilən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının qəbulu”, “Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən təqdim edilən illik maliyyə hesabatlarının qəbulu”, “Qiymətli metallar və qiymətli daşlarla, onlardan hazırlanmış zərgərlik və digər məişət məmulatları ilə əməliyyatlar həyata keçirən hüquqi və fiziki şəxslər tərəfindən təqdim edilən statistik hesabatların qəbulu” kimi elektron xidmətlər həyata keçirəcək.