Bu gün Milli Məclisin komitə sədrlərinin iştirakı ilə iclas keçirilib.
FED.az xəbər verir ki, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib.
O bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar olaraq Milli Məclisdə komitə sədrləri və bir neçə deputatın iştirakı ilə iclas keçirilib.
“İclasda komitə sədrlərinə və deputatlara müəyyən tapşırıqlar verilib”.
Qeyd edək ki, sentyabrın 21-də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar Milli Məclisdə təntənəli iclas keçiriləcək.
Təntənəli iclasa 40-a yaxın ölkənin nümayəndə heyətinin iştirakı gözlənilir. Təxminən 150-dən çox nümayəndənin iştirakı nəzərdə tutulur. Tədbirdə 14 ölkədən sədr, 13 ölkədən sədr müavini, 11 ölkədən müxtəlif səviyyədə (işçi qruplarının rəhbərləri, nümayəndə heyətləri ) nümayəndə heyətinin iştirakı gözlənilir.
Həmçinin 10-a yaxın beynəlxalq təşkilata (rəhbər və nümayəndə heyətləri səviyyəsində) təntənəli iclasda iştirak üçün dəvət göndərilib.