Müdafiə Nazirliyindən FED.az-a bildirilib ki, MN-in Tibb İdarəsinin rəisi vəzifəsi idarə rəisinin müavini polkovnik-leytenant Anar İsmayılova həvalə olunub.
***
Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi, tibb xidməti general-mayoru Firudin Nəbiyev ehtiyata buraxılıb.
Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinə yeni rəis - TƏYİN EDİLİB
FED.az xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov Əmr imzalayıb.
Əmrlə general Nəbiyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdığına görə istefaya buraxılıb.