Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Nazirlər Kabinetinin Mətbuat Xidmətindən FED.az-a verilən məlumata görə 13 dekabr 2022-ci il tarixində ARDNF-in Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində DövlətNeft Fondunun 2023-cü il üçün büdcə layihəsi, Fondun investisiya siyasəti və digər cari məsələlər ətraflı müzakirə olunub.
İclasın yekununda Dövlət Neft Fondunun 2023-cü il üçün büdcə layihəsinin Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması barədə müvafiq qərar qəbul olunub.